Image placeholder

Haqqımızda

2002-ci ildən fəaliyyət göstərən ”EuroMed” tibb mərkəzi müasir və geniş profilli müalicə-diaqnostika müəssisəsi olub, stasionar və poliklinika şöbələrindən ibarətdir. Poliklinika şöbəsində cərrahi və terapevtik kliniki xidmət sahələri (urologiya, otolorinqologiya, qastroenterologiya, ginekologiya, pediatriya, oftalmologiya, endokrinologiya, dermatovenerologiya, kardiologiya, revmatologiya və s.) və ən müasir avadanlıqlarla təhciz olunmuş, tam avtomatlaşdırılmış laborotoriya fəaliyyət göstərir.

“EuroMed” tibb mərkəzində C və B virus hepatitlərinin PZR diaqnostikası cavablarının dəqiqliyinə görə bu sahədə “qızıl standart” hesab edilən'' ROCHE '' şirkətinin COBAS AmpliPrep Və COBAS TaqMan 48 analizatorlarında aparılır.

Bundan başqa mərkəzimizdə respublikada ilk olaraq, bu gün qaraciyərin qeyri-invaziv (müdaxilə olmadan) diaqnostika cihazlarından ən dəqiqi hesab edilən “FibroScan502” (Fransa) aparatında elastometriya müayinəsi aparılır ki, bunun vasitəsi ilə qaraciyər toxumasının fibroz dəyişikliyinin dərəcəsini (bərkiməsini) təyin etmək mümkündür.

“EuroMed tibb mərkəzində bakterioloji müayinələr ən müasir üsulla VİTEK 2 avtomatlaşdırılmış mikrobioloji analizatorunda aparılır ki, bunun vasitəsi ilə yüksək həssaslıq və spesifikliklə 334 növ bakteriyanı aşkarlamaq və 15-22 antibakterial preparata qarşı həssaslığını təyin etmək mümkündür.

Əlavə olaraq “EuroMed” tibb mərkəzində TANİTA BC-418 MA bədən qurluşu analizatoru vasitəsilə boy və çəki indeksi testi aparılır ki, bunun vasitəsilə siz bədəninizdə olanartıq yağ kütləsinin miqdarını öyrənmiş olursunuz və həmçinin qida dözümsüzlüyünün diaqnostikası testi isə sizin qanınızın gündəlik qəbul etdiyiniz qida məhsullarına qarşı verdiyi reaksiyanın müəyyən edilməsinə imkan verir.