Image placeholder

Kardİologİya

Funksional müayinələr.
Elektrokardioqrafiya.
Exokardioqrafiya.
Arterial təyziqin sutkalıq monitorlanması (ATSM).
Fiziki yüklənmə testi – TREDMİL.


Elektrokardioqrafiya (EKQ) - işləyən ürəyin bioelektrik potensiallarının hərəkət eliyən lentdə qeyd olunması yolu ilə ürək əzələsinin müayinə metodu . Bu diaqnostik müayinə müxtəlif ürək xəstəliklərinin diaqnostikasında mühüm rol oynayır. “Euromed” ÖTM - də 12 kanallı CARDİOLİNE (İtaliya) EKQ apparatı istifadə olunur.

Exokardioqrafiya – Miokardın, ürəyin qapaq aparatının və maqistral damarların funksional vəziyyətini qiymətləndirməyə icazə verən, anatomik kardiovaskulyar strukturların vizualizasiya metodu. ExoKQ işləyən ürəyin akustik fenomenlərini izah etmək, kardioloji xəstəliklərinin əksəriyyətinin əhəmiyyətli diaqnostik əlamətlərini əldə etməyə imkan verir, bir sıra halda – ürək qüsurları, kardiomiopatik xəstəliklər zamanı mühum instrumental diaqnostik metodu sayılır.

ExoKQ hansı sindromları təyin etməyə imkan verir:
- Sol və sağ mədəciklər miokardının hipertrofiya sindromu;
- Ürək kameralarının dilatasiya sindromu ( qulaqcıqlar və mədəciklər);
- Qapaqların zədələnmə sindromu – qapaqlı requrgitassiya və ya qapaq dəliklərinin stenozlaşması;
- Papilyar əzələlərin zədələnmə sindromu;
- Aortanın genişlənmə sindromu;
- Perikard boşluğunda mayenin mövcudluğu sindromu;
- Miokardın global və lokal yığılmasının pozulma sindromu;
- Mədəciklərin diastolik funksiyasınım pozulma sindromu;
- Pulmonar ateriyanın hipertenziyası.

Müasir ExoKQ aşağıdaki rejimlər istifadə olunmalıdır:
- B - rejim ( 2 D ) – çoxkanallı ultrasəs impuslarının real vaxt ölçüsündə istifadə olunması.
- M - rejim ( M – Mode ) təkdalğalı ultrasəs impulslarının istifadə olunması.
- İmpuls – Doppler ( PW ) – məhdud həcmdə qan axarı parametrlərini tədqiq etmək imkanı.
- Fasiləsiz lokassiya rejimi ( CW ) – qan axarı sürət xüsusiyyətlərinin tam spektirini təyin etmək imkanı.
- Rəngli Doppler –müvafiq bölgələrdə qan istiqamətini və axarın sürətini kodlaşdıraraq B-şəkilinin üzərinə qırmızı-göy spektr ləkələr kimi əks edir.

Bizim mərkəzdə PHİLİPS HD 11 cihazı sadalanan bütün tələblərə cavab verir. Xüsusi olaraq, qeyd edek ki, datçiklər həm böyüklər üçün (2 – 4 mHz), həm də uşaqlar üçün ( 4- 8 mHz ) mövcuddur. Hətta, pasiyentin istəyi ilə, göstəricilərin CD diskə yazılmasına imkan var.

Arterial təyziqin sutkalıq monitorlanması (ATSM) Bu diagnostik müayinə ürək yığılması tezliyinin və arterial təyziqin diskret rejimində monitorlanmasından ibarətdir. Təcrübədə istifadə olunan arterial təyziqin monitorianması Korotkovun auskaltativ metoduna əsaslanaraq aparılır. Cihaz monitorun istifadəsindən əvvəl proqramlaşdırılır : avtomatik ölçülər arası interval gündüz vaxtı 15 – 20 dəq., gecə - 30 dəq. Lazım olarsa “hadisə” ( event) düyməsi istifadə oluna bilər. Prosedurun ümumi vaxtı 24 – 48 saat.

Sutkalığ monitorlamanın aparılmasına göstərişlər:
1. Yeni aşkar olunmuş və ya sərhəddə olan arterial təyziqin diaqnostikası və müalıcəsisi;
2.“ Ağ xalat “ sindromuna şüphə zamanı;
3.Hipotenziv müalicənin effektivliyini qiymətləndirməsi;
4.Dərman müalıcəsi rezistentliyi səbəblərinin aşkar olunması;
5.Sutkalıq arterial təyziq bioritminin tədqiq olunması;
6.Sinkopal (bayılma) halların səbəblərinin öyrənilməsi (hipotenziyaya şüphə zamanı)

Bizim özəl mərkəzdə monitorinq CARDIIETTE bp one (İtaliya) cihazı ilə aparılır. Hər çəki kateqoriyası üçün müxtəlif diametrlı manjetlər istifadə olunur.

Fiziki yüklənmə testi – TREDMİL Bu metod EKQ - in pasiyentin dozalaşmış fiziki yüklənməni yerinə yetirilməsi zaman yazılmasına əsaslanır. Kardioloji təcrübədə EKQ – ın yazılması ilə yüklənmə sınaqları koronar çatışmamazlığın diaqnostikası məqsədi ilə də aparılır, həmçinin, məsələn, infarkt miokard keçirmiş şəxslərdə, fiziki yüklənməyə olan tolerantlığdanda bəhz etmək üçün istifadə olunur.

Əgər pasiyentdə tipik stenokardiya tutmaları müşahidə olarsa fiziki yüklənməsi ilə EKQ sınağına göstəriş var, amma EKQ-də işemik miokardı göstərən əlamətlər yoxdur, çünkü EKQ tutma olmayan zaman yazılıbsa və ya tutma zamanı koronar çatışmamazlıq EKQ – də işəmik dəyişiklərə gətirə bilən dərəcəyə çatmayıbsa.

İndividual dozalaşmış, fiziki yüklənmə zamanı, miokardın oksigenlə yüksək təmin olunma şəraiti yaradılır, məs bu zaman miokardın metabolik ehtiyacı və koronar arteriyaların ürəyin qanla lazımınca təmin etməsi arasında uyğunsuzluq olarsa müşahidə oluna bilər.Bu şəraətdə xəstədə tipik stenikardiya tutması və/ və ya EKQ-də olan diaqnostik əhəmiyyətli ST seqmentinin depressiyası yarana bilər.

TREDMİL – test
Hərəkət edən cığır üstündə yürüş, hansında ki əzələlərin işləmə qabilliyəti hərəkət edən zolağın əyilmə dərəcəsində və sürətindən ( 2.7 –dən – 8.9 km/s –dan ) asılı olaraq təyin olunur. Bu metodika , müayinə olunan şəxsə yüksək dərəcəli fiziki