Диета дружбы
Новые шаблоны для джумла
Xidmətlər

Fibroscan, bu gün, qara ciyərin qeyri-invaziv (müdaxilə olmadan) diaqnostika cihazlarından ən dəqiqi hesab edilir və onun apardığı diaqnostika elastometriya adlanır.

   Elastometriyanın digər müayinə üsullarından üstünlüyü ondan ibarətdir ki, elastometriya qara ciyərdəki xroniki proseslərin gedişatını izləməyə və bu yolla da aparılan müalicənin effektivliyinə imkan yaradır. Müayinə tam təhlükəsiz olduğundan  lazım gələrsə, bu müayinə bir neçə dəfə aparıla bilər.

 

 

   Qara ciyərin yalnız bioptat götürülmüş kiçik bir hissəsini oyrənməyə imkan verən biopsiyadan fərqli olaraq, elastometriya  orqan haqqında daha dolğun məlumat verir və fibrozun dərəcəsini müəyyən etməyə imkan yaradır.

Qara ciyərin Fibroscan cihazında aparılan elastometriyası, müxtəlif  patologiyalarda, qara ciyərin strukturunu analiz etməyə, onun morfoloji və funksional göstəricilərini (fibrozun və normal toxumanın nisbətini) qiymətləndirməyə imkan verir.

Elastometriya müayinəsinə göstəriş:

-xroniki C hepatiti

-xroniki B hepatiti

-piyli hepatoz

-alkoqol steatohepatiti

- qeyri-alkoqol steatohepatiti

-“Jilber” xəstəliyi

 

Həmçinin, bu müayinə artıq çəkisi olanlara, tez-tez spirtli içki qəbul edənlərə və proflaktika məqsədi ilə 35 yaşına çatmış hər bir sağlam insana məsləhət görülür.

“EuroMed” tibb mərkəzinin https://www.viagrasansordonnancefr.com/ laborotoriyasında bakterioloji müayinələr tam avtomatlaşdırılmış şəraitdə və nəticələrinin dəqiqləyinə görə

bu sahədə “qızıl standart” hesab edilən VİTEK2 compact- avtomatlaşdırılmış mikrobioloji   analizatorunda aparılır.

 

VİTEK2 compact- avtomatlaşdırılmış mikrobioloji   analizatordur.

                                  İstifadə sahəsi:

 - Bakteriyaların və maya göbələklərinin müəyyənləşdirilməsi.

- Bakteriyaların antibiotiklərə qarşı həssaslığının öyrənilməsi.

                            İnkubasiya modul tutumu:

- VİTEK2  compact30: 30-a qədər testlərin eyni zamanda təyini

- VİTEK2 compact60: 60-a qədər testlərin eyni zamanda təyini

                                                   Oxuma üsulu:

- Turbidemetrik həssaslıq

- Colorimetrik eyniləşdirmə

                                                    Eyniləşdirmə:

- 64 dəlikdən ibarət plastik kartlar.

                                                       Kimlik:

 - Qram mənfi bacillər

- Qram müsbət koklar

- Maya gobələləkləri

- Bacillər

- Anaerob korinebakteriya xəritəsi

 

 

          Videoezofaqoqastroduodenoskopiya və videokolonoskopiya

         “EuroMed” özəl tibb mərkəzində Yaponiya istehsalı olan, ən müasir avadanlıqlarla təchiz olunmuş endoskopiya şöbəsi fəaliyyət göstərir.

       Videoezofaqoqastroduodeneskop Fujinon EG-530NW (diametri 4 və 5 mm) həm ağızdan, həm də burundan keçirməklə qida borusu, mədə və onikibarmaq bağırsağın müayinəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, bu cihazla xromoendoskopiya, pH-metriya, helicobacter pylori-nin təyini, hər növ biopsiya (tutqaclı, ilgəkli, punksion, selikaltı) və mərhələli manometriyanın aparılması mümkündür.

       Videokolonoskop Fujinon EC-530FL cihazı  üç mərhələli sərtliyi olan, 205 sm uzunluqlu ucluğa malikdir. Bu cür ucluq ileumun distal hissələrinin müayinəsini aparmağa imkan yaradır. Fujinon EC-530FL cihazında da hər növ biopsiya,  xromoendoskopiya aparılması mümkündür.

        Həmçinin, cihaz FİCE – sistemi ilə təchiz olunmuşdur ki, bu da ezofaqoqastroduodeneskopiya və kolonoskopiya zamanı erkən şişləri müəyyən etməyə imkan verir.

 Endoskopik şöbədə aparılan müayinələr yerli və ümumi anesteziya ilə həyata keçirilir. Bununla yanaşı, şöbədə bütün növ reanimasiya cihazları, həmçinin, müayinədən sonra pasiyentlərin rahatlığı üçün palatalar mövcuddur. Sterilizasiya otağı ən müasir avtomat avadanlıqlarla təchiz olunmuşdur.

      Şöbədə müasir endoskopik elektrocərrahiyyə bloku fəaliyyət göstərir ki,  bu da qanaxmalarda, pollipektomiyalar və s. elektrocərrahlıq manipulyasiyalarını mümkün edir.

 

     Müayinələr əvvəlcədən yazılmaq şərti ilə, Tibb elmləri doktoru, fəlsəfə üzrə qastroenteroloq, endoskopist Dr. Babayev Eldar  tərəfindən aparılır.

 

 

Ünvanımız: Bakı şəhəri, Cavadxan küç., 17A ( Metro "Memar Acəmi")

İş saatı: 08:30 cialis livraison 48h - 18:00 

İş günləri: I,II,III,IV,V,VI

İstrahət günü: VII

Əlaqə telefonu: +99412 431 95 98

Mobil: +99455 300 95 98

Electron ünvanımız: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Ünvanımız: Bakı şəhəri, Nizami r-nu., M.Gəncəvi küç., 1A ( Metro "Neftçilər" )

İş saatı: 08:30 - 18:00 

İş günləri: I,II,III,IV,V,VI

İstrahət günü: VII

Əlaqə telefonu: +99412 323 95 98

Mobil: +99477 303 95 98

Electron ünvanımız: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.