Диета дружбы
Новые шаблоны для джумла
Xidmətlər

Qastroskopiya

by Super User

          Videoezofaqoqastroduodenoskopiya və videokolonoskopiya

         “EuroMed” özəl tibb mərkəzində Yaponiya istehsalı olan, ən müasir avadanlıqlarla təchiz olunmuş endoskopiya şöbəsi fəaliyyət göstərir.

       Videoezofaqoqastroduodeneskop Fujinon EG-530NW (diametri 4 və 5 mm) həm ağızdan, həm də burundan keçirməklə qida borusu, mədə və onikibarmaq bağırsağın müayinəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, bu cihazla xromoendoskopiya, pH-metriya, helicobacter pylori-nin təyini, hər növ biopsiya (tutqaclı, ilgəkli, punksion, selikaltı) və mərhələli manometriyanın aparılması mümkündür.

       Videokolonoskop Fujinon EC-530FL cihazı  üç mərhələli sərtliyi olan, 205 sm uzunluqlu ucluğa malikdir. Bu cür ucluq ileumun distal hissələrinin müayinəsini aparmağa imkan yaradır. Fujinon EC-530FL cihazında da hər növ biopsiya,  xromoendoskopiya aparılması mümkündür.

        Həmçinin, cihaz FİCE – sistemi ilə təchiz olunmuşdur ki, bu da ezofaqoqastroduodeneskopiya və kolonoskopiya zamanı erkən şişləri müəyyən etməyə imkan verir.

 Endoskopik şöbədə aparılan müayinələr yerli və ümumi anesteziya ilə həyata keçirilir. Bununla yanaşı, şöbədə bütün növ reanimasiya cihazları, həmçinin, müayinədən sonra pasiyentlərin rahatlığı üçün palatalar mövcuddur. Sterilizasiya otağı ən müasir avtomat avadanlıqlarla təchiz olunmuşdur.

      Şöbədə müasir endoskopik elektrocərrahiyyə bloku fəaliyyət göstərir ki,  bu da qanaxmalarda, pollipektomiyalar və s. elektrocərrahlıq manipulyasiyalarını mümkün edir.

 

     Müayinələr əvvəlcədən yazılmaq şərti ilə, Tibb elmləri doktoru, fəlsəfə üzrə qastroenteroloq, endoskopist Dr. Babayev Eldar  tərəfindən aparılır.