Диета дружбы
Новые шаблоны для джумла
Kardiologiya

Funksional müayinələr.

Elektrokardioqrafiya

Exokardioqrafiya

Arterial təyziqin sutkalıq monitorlanması (ATSM)

Fiziki yüklənmə testi – TREDMİL

 

Elektrokardioqrafiya(EKQ) -  işləyən ürəyin bioelektrik potensiallarının hərəkət eliyən lentdə qeyd olunması yolu ilə ürək əzələsinin müayinə metodu . Bu diaqnostik müayinə müxtəlif  ürək xəstəliklərinin diaqnostikasında mühüm rol oynayır. “Euromed” ÖTM - də 12 kanallı CARDİOLİNE (İtaliya) EKQ apparatı istifadə olunur.

Exokardioqrafiya – Miokardın, ürəyin qapaq aparatının və maqistral damarların funksional vəziyyətini qiymətləndirməyə icazə verən, anatomik kardiovaskulyar strukturların vizualizasiya metodu. ExoKQ işləyən ürəyin akustik fenomenlərini izah etmək, kardioloji xəstəliklərinin əksəriyyətinin əhəmiyyətli diaqnostik əlamətlərini əldə etməyə imkan verir, bir sıra halda – ürək qüsurları, kardiomiopatik xəstəliklər zamanı mühum instrumental diaqnostik metodu sayılır.

ExoKQ hansı sindromları təyin etməyə imkan verir :

·        Sol və sağ mədəciklər miokardının hipertrofiya sindromu ;

·        Ürək kameralarının dilatasiya sindromu ( qulaqcıqlar və mədəciklər) ;

·        Qapaqların  zədələnmə sindromu – qapaqlı requrgitassiya və ya qapaq dəliklərinin stenozlaşması ;

·        Papilyar əzələlərin zədələnmə sindromu ;

·        Aortanın genişlənmə sindromu ;

·        Perikard boşluğunda mayenin mövcudluğu sindromu ;

·        Miokardın global və lokal yığılmasının pozulma sindromu ;

·        Mədəciklərin diastolik funksiyasınım pozulma sindromu ;

·        Pulmonar ateriyanın hipertenziyası .

 

 

 

Müasir ExoKQ aşağıdaki rejimlər istifadə olunmalıdır :

·        B - rejim ( 2 D ) – çoxkanallı  ultrasəs impuslarının real vaxt ölçüsündə istifadə olunması.

·        M - rejim ( M – Mode ) təkdalğalı ultrasəs impulslarının istifadə olunması.

·        İmpuls – Doppler ( PW ) – məhdud həcmdə qan axarı parametrlərini tədqiq etmək imkanı.

·        Fasiləsiz lokassiya rejimi ( CW ) – qan axarı  sürət xüsusiyyətlərinin tam spektirini təyin etmək imkanı.

·        Rəngli Doppler –müvafiq bölgələrdə qan istiqamətini və axarın sürətini kodlaşdıraraq B-şəkilinin üzərinə qırmızı-göy spektr ləkələr kimi əks edir.

Bizim mərkəzdə  PHİLİPS HD 11 cihazı sadalanan bütün tələblərə cavab verir. Xüsusi olaraq, qeyd edek ki, datçiklər həm böyüklər üçün (2 – 4 mHz), həm də uşaqlar üçün ( 4- 8 mHz ) mövcuddur. Hətta, pasiyentin istəyi ilə, göstəricilərin CD diskə yazılmasına imkan var.

 

Arterial təyziqin sutkalıq monitorlanması (ATSM)

 

Bu diagnostik müayinə ürək yığılması tezliyinin və arterial təyziqin diskret rejimində monitorlanmasından ibarətdir. Təcrübədə istifadə olunan arterial təyziqin monitorianması Korotkovun auskaltativ metoduna əsaslanaraq aparılır. Cihaz monitorun istifadəsindən əvvəl proqramlaşdırılır : avtomatik ölçülər arası interval gündüz vaxtı 15 – 20 dəq., gecə - 30 dəq. Lazım olarsa “hadisə” ( event) düyməsi istifadə oluna bilər. Prosedurun ümumi  vaxtı 24 – 48 saat.

Sutkalığ monitorlamanın aparılmasına göstərişlər:

1.     Yeni aşkar olunmuş və ya sərhəddə olan arterial təyziqin diaqnostikası və müalıcəsisi ;

2.     “ Ağ xalat “ sindromuna şüphə zamanı ;

3.     Hipotenziv müalicənin effektivliyini qiymətləndirməsi ;

4.     Dərman müalıcəsi rezistentliyi səbəblərinin aşkar olunması ;

5.     Sutkalıq arterial təyziq bioritminin tədqiq olunması ;

6.     Sinkopal ( bayılma ) halların səbəblərinin öyrənilməsi ( hipotenziyaya şüphə zamanı )

 

Bizim özəl mərkəzdə monitorinq CARDIIETTE bp one ( İtaliya ) cihazı ilə aparılır. Hər çəki kateqoriyası üçün müxtəlif diametrlı manjetlər istifadə olunur.

 

Fiziki yüklənmə testi – TREDMİL

Bu metod EKQ - in pasiyentin dozalaşmış fiziki yüklənməni yerinə yetirilməsi zaman yazılmasına əsaslanır. Kardioloji təcrübədə EKQ – ın yazılması ilə yüklənmə sınaqları  koronar çatışmamazlığın diaqnostikası məqsədi ilə də aparılır, həmçinin, məsələn, infarkt miokard keçirmiş şəxslərdə, fiziki yüklənməyə olan tolerantlığdanda bəhz etmək üçün istifadə olunur.

Əgər pasiyentdə tipik stenokardiya tutmaları müşahidə olarsa fiziki yüklənməsi ilə EKQ sınağına göstəriş var, amma EKQ-də işemik miokardı göstərən  əlamətlər yoxdur, çünkü EKQ tutma olmayan zaman yazılıbsa və ya tutma zamanı koronar çatışmamazlıq EKQ – də işəmik dəyişiklərə gətirə bilən dərəcəyə çatmayıbsa.

 

İndividual dozalaşmış, fiziki yüklənmə zamanı, miokardın oksigenlə yüksək təmin olunma şəraiti yaradılır, məs bu zaman  miokardın metabolik ehtiyacı və koronar arteriyaların ürəyin qanla  lazımınca təmin etməsi arasında uyğunsuzluq  olarsa müşahidə oluna bilər.Bu şəraətdə xəstədə tipik stenikardiya tutması və/ və ya EKQ-də olan diaqnostik əhəmiyyətli ST seqmentinin depressiyası yarana bilər.

 

TREDMİL – test

Hərəkət edən cığır üstündə yürüş, hansında ki əzələlərin işləmə qabilliyəti  hərəkət edən zolağın əyilmə dərəcəsində və sürətindən  ( 2.7 –dən – 8.9 km/s –dan ) asılı olaraq təyin olunur. Bu metodika , müayinə olunan şəxsə yüksək dərəcəli fiziki yüklənmə və tolerantlığı olarsa, onun adekvat aşkar olunmasına imkan verir. Xüsusi bacarıqlar ( pedalfırlatma və ya veloerqometriya kimi ) tələb edmir. Həm kişilər, həm qadınlar tərəfindən nisbətən yüngül yerinə yetirilir.

EKQ yüklənmə testlərinin keçirilməsinə göstərişlər :

·        Ürək işemik xəstəliklərinin (ÜİX) diaqnostikası : fiziki yüklənmə fonunda  EKQ-də müvəqqəti keçən miokardın işemiya əlamətlərinin və ürək ritmi və keçiricilik qabilliyəti pozulmasının aşkar edmə imkanı ;

·        ÜİX- nin və ürəyin geyrikoronarogen xəstəliklərinin differensial diaqnostikası ;

·        Fiziki yüklənməyə olan tolerantlığın aşkar olunması, yəni elə bir fiziki yüklənmə dərəcəsi , hansında  ÜİX  xəstəsində koronar çatışmamazlığına subyektiv əlamətlər  yaranır ;

·        Müayınə olunanın ümumi işləmək qabilliyətinin,  möhkəmləmə dərəcəsi və yüklənməyə olan hemodinamik reaksiyasının  müəyyən olunması;

·        ÜİX zamanı  müaicə effektinin  kontrolu və reabelitassiya tədbirləri ( müvəffəqiyətli müalicə, əsasında fiziki yüklənməyə olan tolerantlığın artması ) ;

 

Bizim tibbi mərkəzdə dünyada bu bölgədə lider olan MORTARA ( ABŞ ) istehsalatlı TREDMİL istifadə olunur. Digər oxşar cihazlarda fərqlı olaraq, informassiya kabeldən istifadə olunmayaraq ötürülür ( yəni bluetooth ilə ), bununla pasiyent fiziki yüklənmə sınağı keçerkən diskomfort  yaradmır. Alınan informassiya avtomatik olaraq kompyuter ilə işlənilir və çap olunur.

 

Laborator Müayinələr

Lipid spektr

Xolesterin

Triqliseridlər

Yüksək sıxlı lipoproteidlər – (HDL)

Aşağı sıxlı lipoproteidlər – (LDL)

Çox aşağı sıxlı lipoproteidlər – (VLDL)

 

 

Revmosınaqlar

Antistreptolizin – O ( ASO)

C- reaktiv zülal ( CRP)

Revmatoid faktor ( RF )

 

 Kaoquloqramma

Laxtalanma vaxtı

Qanaxma vaxtı

Protrombin indeksi ( İNR )

APTZ

Fibrinogen

 

Markerlar

Mioqlobin

Troponin I

Kreatinkinaza

Kreatinkinaza – MB fraksiya