Image placeholder

FİBROSCAN-502

Fibroscan, bu gün, qara ciyərin qeyri-invaziv (müdaxilə olmadan) diaqnostika cihazlarından ən dəqiqi hesab edilir və onun apardığı diaqnostika elastometriya adlanır.
Elastometriyanın digər müayinə üsullarından üstünlüyü ondan ibarətdir ki, elastometriya qara ciyərdəki xroniki proseslərin gedişatını izləməyə və bu yolla da aparılan müalicənin effektivliyinə imkan yaradır. Müayinə tam təhlükəsiz olduğundan lazım gələrsə, bu müayinə bir neçə dəfə aparıla bilər.
Qara ciyərin yalnız bioptat götürülmüş kiçik bir hissəsini oyrənməyə imkan verən biopsiyadan fərqli olaraq, elastometriya orqan haqqında daha dolğun məlumat verir və fibrozun dərəcəsini müəyyən etməyə imkan yaradır.
Qara ciyərin Fibroscan cihazında aparılan elastometriyası, müxtəlif patologiyalarda, qara ciyərin strukturunu analiz etməyə, onun morfoloji və funksional göstəricilərini (fibrozun və normal toxumanın nisbətini) qiymətləndirməyə imkan verir.
Elastometriya müayinəsinə göstəriş:
- xroniki C hepatiti.
- xroniki B hepatiti.
- piyli hepatoz.
- alkoqol steatohepatiti.
- qeyri-alkoqol steatohepatiti.
- “Jilber” xəstəliyi.
Həmçinin, bu müayinə artıq çəkisi olanlara, tez-tez spirtli içki qəbul edənlərə və proflaktika məqsədi ilə 35 yaşına çatmış hər bir sağlam insana məsləhət görülür.